Covid-19 dan ölənlərin sayı 1300-ə çatır - Ermənistanda

Covid-19 dan ölənlərin sayı 1300-ə çatır - Ermənistanda

Ermənistanda son sutka ərzində 1328 nəfərə COVID-19 diaqnozu qoyulub.

SİA xəbər verir ki, bununla da ölkədə infeksiyaya yoluxanların sayı 94776-ya çatıb.

Milli Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, son sutkada 22 nəfər ölüb. Beləliklə, ümumi ölüm sayı 1291 olub.

Hazırda Ermənistanda 35381 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, Ermənistanda 11 yanvar 2021-ci ilə qədər karantin rejimi tətbiq olunacaq.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə