Türkiyədə 4 yaşlı uşaq 91 saat sonra dağıntılar altından xilas edilib FOTO
Oktyabrın 30-da Türkiyənin İzmir şəhərində baş vermiş 6,6 bal gücündə zəlzələdən sonra dağıntılar altında qalan şəxslərin axtarışları davam edir.
SİA-nın məlumatına görə, binalardan birində 4 yaşlı qız 91 saat davam edən axtarışlardan sonra xilas edilib.
Dağıntılar altından çıxarılan qız xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, zəlzələdən ölənlərin sayı 102 nəfərə çatıb, 1 026 nəfər yaralanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB