Günahsız insanlara qarşı edilən bu şeytani hücumlar dayandırılmalıdır - Donald Tramp

Günahsız insanlara qarşı edilən bu şeytani hücumlar dayandırılmalıdır - Donald Tramp

ABŞ Prezidenti Donald Tramp Avstriyanın paytaxtı Vyanadakı terror aktına münasibət bildirib.

SİA xəbər verir ki, Tramp bu barədə twitter hesabında yazıb.

“Avropadakı çirkin terror aktından sonra dualarımız Vyana əhalisinin yanındadır. Günahsız insanlara qarşı edilən bu şeytani hücumlar dayandırılmalıdır. ABŞ radikal İslam terrorçuları da daxil olmaqla, terrorçulara qarşı mübarizədə Avstriya, Fransa və bütün Avropanın tərəfindədir”.

Qeyd edək ki, 2 noyabr gecə saatlarında Vyanada terror aktı törədilib. Nəticədə 2 nəfər ölüb, 15 nəfər yaralanıb.

Hələlik hücum edənlərin kimliyi və dəqiq sayı haqqında heç bir məlumat yoxdur.

Avstriya rəhbərliyi hadisəni terror hücumu kimi qiymətləndirib. Cinayətkarların aşkarlanması və tutulması üçün xüsusi əməliyyat aparılır.

Xatırladaq ki, ötən gün Fransada da silahlı hücum faktları qeydə alınıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə