Vyanada baş vermiş terror aktı nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb
Noyabrın 2-də Vyana şəhərinin mərkəzində baş vermiş terror aktı nəticəsində 7 nəfər ölüb, 15 nəfər yaralanıb.
SİA xəbər verir ki, bu barədə xəbəri Daxili İşlər Nazirliyinin sözçüsü Harald Sörüş Avstriya Mətbuat Agentliyinə (APA) təsdiqləyib. Qeyd edilib ki, öldürülən şəxslərdən biri cinayətkar dəstənin üzvü olub və həmin şəxs daha öncə yoldan keçən şəhər sakinlərindən birini qətlə yetirib.
Vyana Şəhər Xəstəxanaları axşam saatlarında müxtəlif dərəcəli bədən xəsarəti ilə 15 nəfərin təcili yardım şöbələrinə qəbul edildiyini təsdiqləyib.
Avstriyanın Federal Daxili İşlər naziri Karl Nehammer ORF-ə müsahibəsində baş vermiş hadisəni terror aktı kimi dəyərləndirsə də, terror aktının hansı motivlərlə baş verməsi hələlik məlum deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB