Gürcüstanda son sutkada daha 1 852 nəfərin koronavirusla bağlı testi pozitiv nəticələnib,1 696 nəfər müalicə olunaraq sağalıb, 7 pasiyent isə vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurasından bildirilib.
Beləliklə, qonşu ölkədə indiyədək təsdiqlənən COVID-19-a yoluxma hallarının sayı 42 579-a çatıb. Sağalanların sayı 26 800, dünyasını dəyişənlərin sayı isə 342 olub.
Hazırda karantin zonalarında 2 977 nəfər saxlanılır, 29 876 nəfər isə özünütəcrid rejimindədir.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB