Kanadada bir gecədə iki kilsə tamamilə yandı

Kanadada bir gecədə iki kilsə tamamilə yandı

Kanadanın Ontario əyalətində noyabrın 2-də yerli vaxtla gecə saatlarında iki kilsədə yanğın baş verib.

SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi açıqlama yayıb.

Bildirilib ki, hadisə Ontario əyalətinin cənub-qərb hissəsində baş verib. Hər iki ibadət ocağı Anklikan kilsəsinə məxsusdur.

Polis kilsələrin qəsdən yandırılmasından şübhələnir. Hadisə ilə bağlı araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə