Talibanın Əfqanıstan qolunun başçılarından biri həbs olunub

Talibanın Əfqanıstan qolunun başçılarından biri həbs olunub
Əfqanıstanın şimal-qərbindəki Fəryab əyalətində ölkənin hərbiçiləri tərəfindən keçirilən antiterror əməliyyatı zamanı səkkiz talibançı məhv edilib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, hərbiçilər döyüşçülərdən qalmış silah-sursat və 13 ədəd nəqliyyat növünü müsadirə edib.

Eyni zamanda Uruzqan əyalətində NATO qüvvələri tərəfindən keçirilən əməliyyat nəticəsində Talibanın Əfqanıstan qolunun başçılarından biri həbs olunub. Məhz onun həbs olunması ölkənin şimalında döyüşçülərin tapılmasına kömək edib.

Bütün xəbərlər Facebook səhifəmizdə