Vladimir Putin Rəcəb Tayyib Ərdoğana başsağlığı teleqramı göndərib

Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İzmir vilayətində baş verən zəlzələ nəticəsində insan itkiləri və dağıntılarla əlaqədar başsağlığı teleqramı göndərib.

SİA Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, teleqramda deyilir: İzmir vilayətində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və miqyaslı dağıntılarla əlaqədar başsağlığımı qəbul edin. Həlak olanların doğmalarına və yaxınlarına dəstəyimi, habelə bu fəlakət nəticəsində xəsarət alanların hamısının tezliklə sağalması arzularımı çatdırmağınızı xahiş edirəm.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...