Pakistan ABŞ-la münasibətlərinə eynək taxıb baxacaq

Pakistan ABŞ-la münasibətlərinə eynək taxıb baxacaq
"Pakistan hökuməti ABŞ-la münasibətlərə yenidən baxmalıdır". SİA-nın erməni KİV-nə istinadən verdiyi xəbərə görə, bunu Pakistan parlamentinin adının çəkilməsini istəməyən deputatı qeyd edib. Onun sözlərinə görə, Pakistan hakimiyyəti Üsamə bin Ladenin qətlə yetirilməsini müstəqil araşdırmalıdır.

Qeyd edək ki, \"Əl-Qaidə\" terror təşkilatının bir nömrəli terrorçusu Üsamə bin Laden mayın 2-ə keçən gecə Amerikanın xüsusi təyinatlı dəstələri tərəfindən Pakistan paytaxtı yaxınlığındakı evlərdən birində məhv edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə