İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 17-yə çatıb - YENİLƏNİR
İzmirdə zəlzələ nəticəsində həlak olanların sayı 17-yə, yaralananların sayı 709 nəfərə çatıb.
SİA xəbər verir ki, zəlzələ bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.
Yeraltı təkanlar baş verəndən indiyədək 170 afterşok qeydə alınıb.
Xatırladaq ki, bu gün yerli vaxtla saat 14:51-də Türkiyənin Egey bölgəsində 6,6 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar İstanbul da daxil olmaqla, Egey və Marmara bölgəsinin hər yerində hiss edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)

USD
EUR
GBP
RUB