Suriyada 5 minədək etirazçı təslim olub

Suriyada 5 minədək etirazçı təslim olub
Suriya rəhbərliyi ixtişaşların əsas mərkəzi olan Baniyas və Deraa şəhərlərindən qüvvələrini tədricən çıxarmağı qərara alıb. SİA-nın "MEHR"ə istinadən verdiyi xəbərə görə, bu barədə məlumatı Suriyanın informasiya naziri Adnan Mahmud verib. O, əməliyyat zamanı çox sayda döyüşçünün həbs olunduğunu, silah-sursat müsadirə edildiyini bildirib. Onun sözlərinə görə, bir neçə gün ərzində əməliyyatlarda 98 hərbçi və 22 polis əməkdaşı ölüb, yaralıların sayı isə 1500-dən çoxdur.

Eyni zamanda rəsmi məlumatlara görə, Suriyada gələn həftə yeni islahatlarla bağlı danışıqlar başlayacaq. Eyni zamanda etiraz aksiyalarının 5 minədək iştirakçısı həbs və məhkəmə təqibindən yayınmaq üçün könüllü Suriyanın hüquq mühafizə orqanlarına təslim olub. Suriyanın rəsmi mənbələrinin məlumatına görə, onların hamısı təqdim olunan amnistiyadan istifadə edərək silahlarını yerə qoyublar və qanuna zidd aksiyalar keçirdiklərini etiraf ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə