Liviya əsla əvvəlki Liviya olmayacaq!

Liviya əsla əvvəlki Liviya olmayacaq!

Moskva rəhbərliyi Liviyada vətəndaş müharibəsi tərəflərinin tez bir zamanda müzakirələrə başlaması lazım olduğunu bildirib. SİA-nın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Qazaxıstanın paytaxtı Almatıya səfəri zamanı iştirak etdiyi konfransda Liviya məsələsi haqda danışaraq bü ölkəni problem adlandırıb. Nazir vurğulayıb ki, tez bir zamanda müzakirələr başlamasa vəziyyət getdikcə pisləşəcək: \"Liviyanın özü bir dövlət kimi problem yaratmaqdan başqa heç nəyə yaramır. Ona görə də, bölgədə Birləşmiş Millətlərin ümumi sekretarının xüsusi nümayəndəsinin xidmətlərindən və Afrika Birliyi təşkilatının vəziyyətin düzəldilməsi ilə bağlı vasitəçilik etməsi təklifindən faydalanmalıyıq. Ən qısa müddətdə isə bu məsələni müzakirə etmək üçün bütün beynəlxalq güclər bir arada toplaşmalıdır\". undefined undefined

Lavrov onu da qeyd edib ki, müzakirələr nəticəsində vəziyyət hər necə olursa olsun, Liviya artıq əvvəlki halına qayıtmayacaq: \"Bütün müzakirələr nəticəsində əlimizdən gələni etsək belə Liviya əvvəlki Liviya olmayacaq. Qarşıdurmaların aradan qaldırılması üçün lazım olan bütün şəxslərlə görüşülməli və əsas addımlar atılmalıdır\".

Bütün xəbərlər Facebook səhifəmizdə