Dimitri Medvedyev: “Tətil üçün Türkiyəyə getmərəm”

Dimitri Medvedyev: “Tətil üçün Türkiyəyə getmərəm”
Medvedyev tətil məqsədi ilə Türkiyəyə getməyəcək. SİA-nın məlumatına görə, Rusiyanın dövlət başçısı bu fikri jurnalistlərə açıqlaması zamanı özü müdafiə edib.

Kostroma bölgəsinin turizm potensialı haqda təşkil edilən konfransda iştirak edən dövlət başçısı burada bir nəfərin tətil üçün Türkiyəni deyil Kostromanı seçməsinin daha doğru olacağı fikirlərinə belə cavab verib: \"Kostroma bölgəsində möcüzəli təbiət var. Burada olan ovçuluq imkanlarına heç yerdə təsadüf edilə bilməz. Amma tətil məsələsinə qaldıqda isə, mənim istirahət üçün gedəcəyim ən uzaq yer Soçi ola bilər. Türkiyəyə tətilə getmərəm. Əslində bir dövlət başçısı tətil üçün ancaq yaşadığı yerin yaxınlığında məkan seçməlidir. Mən Rusiyanın mərkəzində, Moskvada yaşayıram. Buna görə də, tətil üçün ancaq Volqa çayının sahillərində hansısa şəhəri seçə bilərəm\".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


VTB