İngiltərənin baş qərargah rəisi general David Richards, NATO-nun Liviyadakı hərbi əməliyyatlarını genişləndirməsinə ehtiyac olduğunu deyir. SİA-nın məlumatına görə, Richards Qəddafiyə qarşı mübarizə aparmağın tək yolunun bu olduğunu vurğulayıb: \"Əgər Qəddafi rejiminə təzyiqi artırmaq istəyiriksə hədəflər də gücləndirilməlidir. Yəni NATO bölgədəki hərbi əməliyyatları kəskin surətdə genişləndirməlidir. Əks halda istəyimizə və məqsədlərimizə çatmaq qeyri-mümkün olacaq\".
General Richardsın mövzu ilə əlaqəli fikirlərini İngiltərənin müdafiə naziri Liam Fox da dəstəkləyib: \"Qəddafi qoşunları açıq şəkildə xalqı hədəf alıb. Nə qədər ki bu qoşunlar xalqa və sadə insanlara hücum edəcək, NATO öz sözünü deməli, hərbi əməliyyatları gücləndirməli, bu cür hadisələrə son qoymalıdır\".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB