Nino Burcanadze: “Saakaşvilinin hakimiyyətinə son qoymaq bizim əlimizdədir”

Nino Burcanadze: “Saakaşvilinin hakimiyyətinə son qoymaq bizim əlimizdədir”

Gürcüstanın müxalifət lideri Nino Burcanadze açıqlama verib. SİA-nın məlumatına görə, Burcanadze Saakaşvilinin hakimiyyətinə son qoymaq üçün sadəcə bir neçə dəqiqəyə ehtiyac olduğunu deyib: \"Saakaşvilinin hakimiyyətini bitirmək bir neçə dəqiqəlik işdir. Biz bunu istənilən vaxt edə bilərik. O hələ də hakimiyyətdədirsə bu o demək deyil ki, buna layiqdir, sadəcə olaraq bəzən hər şeyi yerində və vaxtında etmək lazımdır. Yəni istənilən an edə biləcəyimiz hərəkətlər üçün bəzən gözləməkdə fayda var".

Bütün xəbərlər Facebook səhifəmizdə