Qadın sürücü avtomobil qadağasına etiraz edib

Qadın sürücü avtomobil qadağasına etiraz edib

Qadınların avtomobil istifadə etməsinin qadağan edildiyi Səudiyyə Ərəbistanında bir qadın qərara etiraz edib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Necla Hariri 4 gün avtomobil sürərək bu qadağanın yanlış olduğunu ifadə etməyə çalışıb. Qadın bildirib ki, bu qadağa tez bir zamanda ləğv olunmasa hələ çox etirazlar baş verə bilər: \"Səudiyyə Ərəbistanında avtomobil sürmək üçün qadınlara qoyulan qadağa aradan qalxmalıdır. Çünki, bu kifayət qədər yersizdir. İnsanların belə haqqlarının əlindən alınması müxtəlif üsyanlara səbəb ola bilər". Ömrünün 10 ilini Qahirə və Beyrutda keçirən qadın bu şəhərlərdə belə bir maneə ilə üzləşmədiyini də diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə