Latviya hökuməti 7-12 sinif şagirdləri üçün distant təhsilin müddətini uzadıb

Latviya hökuməti COVID-19 infeksiyasına görə test imkanlarını 60 faiz artırmaq və 7-12 sinif şagirdləri üçün distant təhsilin müddətini uzatmaq barədə qərar qəbul edib.

SİA ölkə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Latviyanın baş naziri Krişyanis Karinş söyləyib.

Bildirilib ki, hökumət bu həftənin sonuna qədər COVID-19 infeksiyasına görə test imkanlarını 60 faiz (günə 8000-ə qədər test) artırmaq barədə qərar qəbul edib və gələcəkdə də koronavirus infeksiyasına görə test imkanlarının artırılması planlaşdırılır.

Baş nazir bildirib ki, bundan başqa hökumət 7-12 sinif şagirdləri üçün distant təhsilin müddətini 15 noyabr tarixinədək uzadır.

Bütün xəbərlər Facebook səhifəmizdə