Hüquq-mühafizə orqanları Meksikada içərisində 59 cəsədin olduğu gizli məzarlıq aşkarlayıb

Hüquq-mühafizə orqanları Meksikanın Quanxuato ştatında Salvatiyerra bələdiyyəsində 59 nəfərin cəsədləri ilə gizli məzarlıq aşkarlayıb.

SİA-nın məlumatına görə, bu barədə İtkin düşmüş şəxslərin axtarışı üzrə Milli Komissiyanın rəhbəri Karla Osuna mətbuat konfransında bildirib.

K.Osuna qeyd edib: "Gizli məzarlıqlarda 59 cəsəd tapdıq. Axtarışları davam etdiririk. Söhbət bölgədə fəaliyyət göstərən mütəşəkkil cinayətkar qrupların qurbanlarından gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə