Qonşu ölkədə daha 1 731 nəfər koronavirusa yoluxub, 15 pasiyent vəfat edib

Gürcüstanda son sutka ərzində daha 1 731 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 2 197 nəfər sağalaraq evə buraxılıb, 15 pasiyent isə vəfat edib. SİA-nın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Beləliklə, qonşu ölkədə COVID-19-a yoluxanların ümumi sayı 33 858-ə, sağalanların sayı 14 829-a, vəfat edənlərin sayı isə 253-ə çatıb. Karantin zonalarında 3 507, stasionar nəzarətdə isə 4 022 nəfər saxlanılır. 2 344asimptomatik xəstə xüsusi otellərdə müalicə olunur.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə