İsraildə koronavirusa yoluxanların sayı 311,7 min nəfərə çatıb

İsraildə ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 873 nəfər yoluxub.

SİA-nın "Sinxua"ya istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların sayı 311 724 nəfərə çatıb.

Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan 296 656 nəfəri sağalıb, 2 483 nəfəri isə vəfat edib.

Qeyd edilir ki, aktiv koronavirus xəstələrinin sayı 12 598 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə