Rusiyada rekord sayda koronavirus xəstəsi öldü

Rusiyada koronavirusa yoluxanların sayı 1,54 milyon nəfəri keçib.

Ölkədə son sutka ərzində 16 550 nəfər virusa yoluxub, 320 nəfər isə həyatını itirib.

Ölüm halları ölkədə bugünədək qeydə alınan ən yüksək göstərici olub.

Bu günə qədər Rusiyada 1 547 774 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 26 589 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 158 940 nəfər virusdan sağalıb, 362 245 nəfərin müalicəsi isə davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə