Ermənistanda koronavirusdan ölənlərin sayı 1 200-ü keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı 80 410 nəfərə çatıb.

Erməni KİV-lərinin verdiyi məlumata görə, son sutka ərzində 1 600 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 26 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 222 nəfər koronavirusdan ölüb, 27 027 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə