Türkiyədəki partlayış antiterror əməliyyatı ərazisində baş verib
Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunun mərkəzində yerləşən Fənər prospektində patrul nəzarəti məntəqəsində təhlükəsizlik əməkdaşları iki terrorçuya qarşı xüsusi əməliyyat keçiriblər.
SİA xəbər verir ki, polisin təqib əsasında keçirdiyi əməliyyatda terrorçulardan biri zərərsizləşdirilib. Bu zaman hələlik səbəbi bilinməyən güclü partlayış baş verib. Valiliyin məlumatına görə, partlayış nəticəsində insan tələfatı olmayıb. Hadisə ilə bağlı araşdırma davam edir.
Hələlik ikinci terrorçunun taleyi barədə məlumat yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB