Türkiyənin Hatay vilayətində güclü partlayış baş verib

Türkiyənin Hatay vilayətində güclü partlayış baş verib

Türkiyənin Hatay vilayətinin İsgəndərun rayonunun mərkəzində yerləşən Fənər prospektində güclü partlayış baş verib.

SİA xəbər verir ki, ilkin məlumata görə partlayış yerində dağıntı var, ətrafdakı avtomobillərə ziyan dəyib. Prospekt bağlanıb.

Hatay valisi Rahmi Doğanın məlumatına görə, İsgəndərunun mərkəzində Fənər küçəsində yerli vaxtla 20.30-da iki terrorçudan biri öz üzərinə bağladığı partlayıcı ilə birgə partlayış törədib. Digər terrorçunun isə axtarışı davam edir.

Hadisə yerinə xilasedici və təcili tibbi yardım maşınları gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə