Ukraynanın paytaxtı Kiyev şəhərinin meri Vitali Kliçko koronavirusa yoluxub. SİA-nın verdiyi məlumata görə, Kliçkonun COVID-19 testinin cavabı müsbət olub. O, hazırda özünü yaxşı hiss etdiyini bildirib və ev şəraitində müalicə alacağını deyib. Bundan əlavə, mer kiyevliləri karantin rejiminə ciddi əməl etməyə çağırıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə