Tramp ABŞ-da keçiriləcək ümumi seçkilərdə erkən səs verməyi planlaşdırır

ABŞ prezidenti Donald Tramp ABŞ-da keçiriləcək ümumi seçkilərdə erkən səs verməyi planlaşdırır.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ağ Evin mətbuat katibinin müavini Cadd Dir deyib.

C.Dir bildirib: "Prezident D.Tramp şənbə günü Palm Biçdə erkən səs verməyi planlaşdırır".

Qeyd edək ki, daha əvvəl Donald Tramp daimi yaşayış yerini Nyu-Yorkdan Palm-Biç şəhərinə dəyişib.

Bütün xəbərlər Facebook səhifəmizdə