Fransanın daha 38 departamentində komendant saatı tətbiq edilib

Fransanın daha 38 departamentində komendant saatı tətbiq edilib.

SİA "TASS" informasiya agentliyinə istinadən xəbər verir ki, bunu mətbuat konfransı zamanı ölkənin baş naziri Jan Kasteks deyib.

Onun sözlərinə görə, komendant saatı yeni növ koronavirusa yoluxma sayının artması ilə əlaqədardır: "Ölkədə epidemioloji vəziyyət pisləşməyə davam edir. Daha 38 departamentdə və Fransa Polineziyasında komendant saatı tətbiq edirik".

Baş nazir bildirib ki, Parisdə olduğu kimi, küçələrdə hərəkət məhdudiyyəti 21:00-dan 06:00-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə