Kolumbiyanın şimal-qərbində asma körpü uçub, 5 nəfər həlak olub

Kolumbiyanın şimal-qərbində Nekokli bələdiyyəsində asma körpü uçub.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi məlumata görə, furqon tipli avtomobil çayın üzərindəki asma körpünü keçməyə çalışarkən, körpü çəkiyə tab gətirməyərək uçub.

Məlumata əsasən, hadisə nəticəsində azı 5 nəfər həlak olub.

İnsidentlə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə