Aviaşirkətlər İspaniyanın turizm firmalarına 400 milyon avro borc veriblər

Aviaşirkətlər İspaniyanın turizm agentliklərinə koronavirus pandemiyası səbəbindən yaranmış fors-major vəziyyəti ilə əlaqədar ləğv edilən biletlərə görə 400 milyon avro borc veriblər.

SİA xəbər verir ki, bu barədə Barselonada keçirilmiş “Turizmin bərpası” forumunda Turizm Agentlikləri Korporativ Assosiasiyasının (Acave) prezidenti Marti Sarrate bəyan edib.

M.Sarratenin sözlərinə görə, turizm agentlikləri tərəfindən satılmış və sonradan COVID-19 pandemiyası səbəbindən ləğv edilmiş aviabiletlərin məbləği 400 milyon avro təşkil edir. Nəticədə səyahət agentlikləri geri qaytarılan biletlərin dəyərini öz vəsaitləri hesabına ödəməli olublar. Bu da öz növbəsində likvidliklə bağlı ciddi problemlərə gətirib çıxarıb.

Turoperatorlar arasında aparılan sorğuya görə, agentliklər cari ili aviabiletlərin satışının 90 faiz azaldığı bir şəraitdə başa vurmalı olacaq. Bununla yanaşı, onların üçdə biri öz fəaliyyətlərini hələ bərpa etməyib, turizm agentliklərinin 20 faizi isə, tamamilə bağlanmağı planlaşdırır. Həmin agentliklərin sahibləri İspaniyada fəaliyyət göstərən 39 aviaşirkəti COVID-19-a görə ləğv edilmiş biletlərin pulunu geri qaytarmadıqları üçün mühakimə edib.

M.Sarrate təəssüfləndiyini bildirib ki, hökumət və Aesa (Aİ-nin Aviasiya üzrə Təhlükəsizlik Agentliyi) bu problemin həlli üçün lazımi tədbirlər görməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə