Yoluxma sayı 2 mini keçdi - Türkiyədə

Türkiyədə son sutka ərzində 68 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib. SİA xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.

Nazirin sözlərinə görə, daha 2 min 013 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 9 min 513, virusa yoluxanlar isə 353 min 426 nəfərə çatıb.

Türkiyədə indiyədək 308 min 446 pasiyent (son sutkada 1507 nəfər) sağalaraq evə buraxılıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə