Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 66 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan daha 66 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 66 xəstə dünyasını dəyişib". Bu, 64 ölümün qeydə alındığı 3 iyundan indiyədək maksimum göstəricidir.

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 6 187 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə