Tramp beş ABŞ vətəndaşını əfv edib

ABŞ prezidenti Donald Tramp beş ölkə vətəndaşının əfvi barədə qərar verib.

SİA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

“Prezident Donald Tramp bu şəxslərin cəzalarını yüngülləşdirmək üçün əfv sərəncamları imzaladı: Lenora Loqan, Raşella Rid, Çarlz Tenner, Con Bolen və Kertis MakDonald”, - məlumatda belə deyilir.

R.Rid dələduzluqda, qalanları isə narkotik maddələrə görə təqsirli bilinərək həbs olunmuşdular. Onların beşinin də islah olunduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə