Ərdoğanın diqqəti Azərbaycanda - Nazirlər toplanır

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyində nazirlərin növbəti toplantısı keçiriləcək. SİA xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Bildirilir ki, iclasda Ermənistan-Azərbaycan cəbhə xəttindəki son vəziyyət və Şərqi Aralıqdakı proseslər müzakirə ediləcək.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə