\"Liviyaya göndərəcəyimiz nümayəndə heyəti Benqazi şəhərində yerləşdirilərək üsyançılarla yaxından əlaqə quracaq\". SİA-nın məlumatına görə, bu sözləri Yunanıstanın xarici işlər naziri Dimitris Druças açıqlaması zamanı deyib.
Benqaziyə göndəriləcək yardım gəmisini müşayiət edəcək XİN heyətinin şəhərdə qalacağını deyən Druças bunun əhəmiyyətli davranış olduğunu vurğulayıb: \"Yunanıstanın mövqedəki rolu hamıya bəllidir. Biz bütün tərəflərlə görüşmək, məsələni müzakirə etmək üçün əlimizdən gələni edirik və qapılarımız da bu məqsədlə döyülən hər ələ açıqdır\".
Liviyadakı vəziyyətin hərb yolu ilə həll edilə bilməyəcəyini deyən nazir ortaq məxrəcə gəlmək üçün beynəlxalq gücləri də məsələyə cəlb etmək gərəkdiyini deyib: \"Liviyadakı vəziyyəti yalnız hərb yolu ilə həll etmək mümkün deyil. BM-in bu mövzuda rolu təbii ki, çox əhəmiyyətlidir. Lakin, siyasi çıxış yolu tapılması mütləq şərtdir. Bunun üçün isə beynəlxalq cəmiyyət bu məsələyə daha qərarlı yanaşmalı, koordinasiyalı səylər ortaya qoymalıdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB