İranla Şimali Koreyanın nüvə əlaqələri var. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, BM rəsmiləri iki ölkə arasında nizamlı şəkildə nüvə texnologiyası alveri müvcud olduğunu bildirib.
Bu məlumat BM-in rəsmi hesabatında yazılıb. Hesabatda Şimali Koreya və İranın, BM-in sanksiyalarını pozduğu öz aralarında nüvə alveri etdikləri qəzəblə ifadə olunub.
BM səlahiyyətliləri isə bu əlaqələrin qeyri-qanuni olduğunu diqqətə çatdırıb: \"İranla şimali Koreyanın rasındakı nüvə texnologiyaları alveri qeyri-qanunidir. Bu iki ölkənin işi deyil. Bu məsələdə 3- cü bir ölkənin də əli var\".
Qeyd edək ki, səlahiyyətlilərin çoxu 3-cü ölkənin Çin olduğu fikrini irəli sürüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB