Türkiyə Rusiyanın müdafiə sənayesinə ciddi ziyan vurub - Mütəxəssis

Türkiyə Rusiyanın müdafiə sənayesinə ciddi ziyan vurub. SİA xəbər verir ki, bunu Türkiyənin təhlükəsizlik və strategiya üzrə mütəxəssisi Yusuf Alabarda deyib.

Onun sözlərinə görə, Türkiyə istehsalı olan Pilotsuz Uçuş Aparatları və onların silahlı versiyası Liviya, Suriya və Azərbaycan coğrafiyasındakı əməliyyatlarda böyük üstünlük əldə olunmasına gətirib çıxarıb və Rusiyanın müdafiə sənayesi etibarının böyük hissəsini itirib.

“Rusiya müdafiə sənayesinin əhəmiyyətli hissəsini təşkil edən hava hücumundan müdafiə sistemləri – “Pantşir”lərdən “S-300”lərə qədər etibarını itirib. Liviyada 20 “Pantşir” məhv edilib. İdlib torpaqlarında da həmçinin. Ermənistana satılan “S-300”lər isə Azərbaycan Silahlı Qüvvələri tərəfindən zərərsizləşdirilib. Sadəcə, Ermənistanda 1 milyard dollar dəyərində sistem yox edilib”, - mütəxəssis bildirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə