Türkiyədə zəlzələ baş verib

Türkiyədə zəlzələ baş verib
Bu gün Türkiyədə zəlzələ baş verib. SİA-nın xəbərinə görə, saat 01:13-də Türkiyənin mərkəzi yeri olan Boluda 3 dəfə zəlzələ qeydə alınıb. Yeraltı təkanların yerin 2 kilometr dərinliyində meydana gəldiyi ifadə edilib. Zəlzələnin 3,9 bal gücündə olduğu bildirilib.

Zəlzələ Boluda insanlar arasında təşvişə səbəb olub, onlar küçələrə axışıblar. İnsanların çoxu səhərə qədər küçədə qalmağa üstünlük verib. 17 avqust və 12 noyabr 1999-cu il zəlzələlərinin baş verdiyi bölgədə olan vətəndaşların bəziləri yaşadıqları qorxu ilə huşunu itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə