Fransa KİV-ləri Gəncə terroru barədə nə yazır?

Fransanın “Le Point”, “Le Dauphine”, “France 24”, “ActuOrange” kimi kütləvi informasiya vasitələri Gəncə şəhərinin Ermənistanın raket hücumuna məruz qalmasından bəhs edən məlumatlar yayıblar. Məlumatlarda Azərbaycanın müvafiq qurumlarına istinadla raket hücumu nəticəsində 10-dan çox şəxsin həlak olduğu, 40-dan artıq insanın yaralandığı bildirilir.

Məlumatlarda Gəncə ilə yanaşı, Mingəçevir şəhərinin də hədəfə alınmasından bəhs edilir.

Bildirilir ki, dinc sakinlər gecə yatarkən Ermənistanın raket atəşlərinə məruz qalırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə