Afrikalı qaçqınların hər onundan biri Aralıq dənizini keçərkən ölür

Afrikalı qaçqınların hər onundan biri Aralıq dənizini keçərkən ölür

Afrikanı tərk edərək Avropa ölkələrinə doğru üz tutan qaçqınların hər onundan biri Aralıq dənizini keçən zaman həlak olur. SİA-nın xəbərinə görə, bu barədə xəbər BMT-nin rəsmi saytında yerləşdirilib. BMT-nin qaçqınlar üzrə xüsusi nümayəndəliyi bildirib ki, Şimali Afrikanı tərk edən qaçqınlar dənizdə acından ölür.

Qeyd edək ki, Liviyada hərbi əməliyyatlar başlanandan indiyə qədər 12 min miqrant Malta və İtaliyaya gəlib. Qərb ölkələri onların Avropaya gəlişinin qarşısını almaq üçün Şengen viza rejimini müəyyən müddətə aradan qaldırmaq qərarına gəlib


Bütün xəbərlər Facebook səhifəmizdə