Müəmmər Qəddafi vuruldumu?

İtaliyanın xarici işlər naziri Franko Frattini Liviyada ağır bombardman altında qalan və o gündən etibarən vəziyyəti haqqında dəqiq bir məlumat olmayan Müəmmər Qəddafinin yaralı olduğunu söyləyib. SİA-nın xəbərinə görə, Trablus yepiskopu Giovanni Martinellinin ona \"Mənim fikirimcə, Qəddafi Trablusdan qaçdı və yaralı olması da mümkündür\" dediyini bildirən Frattini ancaq bunun nə qədər doğru olduğunu bilmədiyini söyləyib. Frattini əvvəlki günlərdə Qəddafinin Venesuelada olduğu, ya da bombardmandan dərhal sonra Trablusda ailədən bəziləriylə görüşdüyü ilə bağlı iddialara inanmadığını söyləyib. Ancaq o, Covanni Martinellini etibarlı bir qaynaq olaraq xarakterizə edib.

F.Frattininin verdiyi açıqlamalara Liviyadan cavab gəlib. Belə ki, Trablusdan \"Al Arabia\"ya açıqlama verən rejimin sözçüsü İbrahim Musa Qəddafinin yaralanmadığı deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə