Qırğızıstan prezidenti istefa verdi

Qırğızıstan prezidenti istefa verdi

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov istefa verib. SİA-nın məlumatına görə, bu barədə prezidentin mətbuat xidməti bildirib.

O, ölkədə davam edən etiraz aksiyalarının dayanması üçün istefa verdiyini bildirib.

S.Jeenbekov yeni baş nazir Sadır Japarov və digər siyasətçilərə müraciət edərək öz tərəfdarlarını meydanlardan çəkməyə çağırıb.

Qeyd edək ki, Qırğızıstanda oktyabrın 4-də keçirilmiş parlament seçkilərindən sonra etiraz aksiyaları başlamışdı. Paytaxt Bişkekdə fövqəladə vəziyyət və komendant saatı tətbiq edilmişdi.

Ötən gün Sadır Japarovun başçılığı yeni hökumət formalaşdırılmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə