Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyəyə iki günlük rəsmi səfər edəcək. SİA xəbər verir ki, oktyabrın 17-dək davam edəcək səfərdə Vladimir Zelenski bir sıra rəsmilərlə, o cümlədən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək, iki ölkə arasında strateji tərəfdaşlığın perspektivləri müzakirə olunacaq.
Səfər çərçivəsində Ukrayna və Türkiyə arasında hərbi əməkdaşlığa dair saziş imzalanacaq.
Ukraynanın Müdafiə naziri Andrey Taran nazirliyin saytına açıqlamasında bildirib ki, bu saziş müdafiə sahəsində mövcud Ukrayna-Türkiyə əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi üçün yeni hədəflər müəyyənləşdirəcək, hərbi sahə üzrə 21 prinsipial məsələdə əməkdaşlığın başlanğıcı olacaq.
Qeyd edək ki, Türkiyədən daha əvvəl 6 ədəd “Bayraktar TB2” Silahlı Piltosuz Uçuş Aparatı alan Ukrayna Hərbi Hava Qüvvələri daha 48 ədəd SPUA almaq niyyətindədir.
Xatırladaq ki, “Bayraktar” SPUA-ları Azərbaycan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ və ətraf əraziləri Ermənistan işğalından azad etmək uğrunda əks-hücum əməliyyatlarında ordumuzun döyüş qabiliyyətini xeyli artıran silahlardan biridir. Düşmənin mövqelərini nöqtə atışı və dəqiqliklə məhv edən SPUA-lar ordumuzun irəliləməsində böyük rol oynayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB