Rusiya paytaxtında ötən sutka ərzində yeni növ koronavirusdan 57 nəfər ölüb

Rusiya paytaxtında ötən sutka ərzində yeni növ koronavirusdan 57 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvada ötən sutka ərzində yeni növ koronavirusdan 57 nəfər ölüb.

SİA xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Bu gün Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 57 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 5 796 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə