“Prezident Tramp artıq tam sağalıb, onun kimisə yoluxdurmaq təhlükəsi yoxdur” - ABŞ-ın baş infeksionisti
“Prezident Tramp artıq tam sağalıb, onun kimisə yoluxdurmaq təhlükəsi yoxdur”.
SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Milli Allergik və Yoluxucu Xəstəliklər İnstitutunun direktoru Entoni Fauçi CNN-ə açıqlamasında bildirib.
O, prezidentdən götürülən son testlərin nəticələrinə istinad edərək bu qənaətə gəldiyini bildirib.
Xatırladaq ki, ABŞ lideri və xanımı Melaniyanın oktyabrın 2-də yeni növ koronavirusa yoluxduğu bildirilmişdi. Oktyabrın 5-də isə Tramp müalicə olunduğu hospitaldan Ağ Evə qayıtmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB