"Soyuz" gəmisi Beynəlxalq Kosmik Stansiyaya yeni ekipaj çıxarıb - FOTO
SİA Roskosmos-a istinadən xəbər verir ki, "Soyuz 2,1a" raketi Baykonur kosmodromundan buraxılıb və uzunmüddətli ekspedisiya heyətini "Soyuz ms-17" kosmik gəmisi ilə beynəlxalq kosmik stansiyaya aparıb.
Hazırda kosmik gəmi stansiyaya çatıb və avtonom rejimdə "stıkovka" baş tutub.
"Soyuz" beynəlxalq kosmik stansiyanın Rusiya seqmentində "Rassvet" modulu ilə birləşib.
Stansiyaya yola salınan kosmonavtlar- Roskosmos-dan Sergey Rıjikov və Sergey Kud-Sverçikov, həmçinin, NASA-dan Ketlin Rubins- 117 gün kosmosda yaşayacaqlar.
Hazırda stansiyada Rusiyadan 2 (Anatoliy İvanişin və İvan Vaqner, Ameerikadan isə 1 (Kris Kessedi) kosmonavt var. Onlar oktyabrın 22-də planetimizə qayıdacaqlar.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB