Yunanıstanın paytaxtı Afinada Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini döyüblər. SİA "Sputnik Georgia"ya istinadla xəbər verir ki, eks-prezident gürcüstanlı mühacirlərlə görüşmək üçün buraya gəlibmiş.
Tədbirin baş tutmalı olduğu binanın yaxınlığında gənc Saakaşviliyə hücum edib. Kadrlara əsasən, o, bir neçə dəfə siyasətçinin başından zərbə endirib.
İnsident nəticəsində daha bir neçə nəfər xəsarət alıb. Üstəlik Saakaşvilinin özü, baş verənlərə baxmayaraq, mühacirlərlə görüşüb və onlara öz siyasi planları barədə danışıb.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB