Suriyanın təhlükəsizlik qüvvələri mayda hökumət əleyhinə nümayişlərdə 850-dən çox iştirakçını güllələyib. SİA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin insan haqları üzrə Şurasının nümayəndəsi Rupert Kolvil məlumat verib. Öncə isə 800 nəfərin həlak olduğu bildirilib.
Qeyd edək ki, Suriyada divarlarda hökumət əleyhinə şüarlar yazan bir qrup məktəbli həbs ediləndən sonra xalq etirazları başlayıb. Çox keçmədən narazılıqlar ölkənin digər bölgələrinə, xüsusən də Latakiya, Baniyas, Xoms və Xama şəhərlərinə keçib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB