Yəmənin paytaxtı Sanada hökumətə dəstək nümayişi keçirilir. SİA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, prezidentin minlərlə tərəfdarı şəhərin mərkəzində toplaşıb. Hökumətə dəstək aksiyasında prezident Əli Abdulla Saleh də iştirak edib.
Qeyd edək ki, Yəməndə anti-hökumət nümayişləri yanvardan bəri davam edir. Nümayişlər zamanı asayiş keşikçiləri ilə toqquşmalarda azı 130 adam ölüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB