Hollandiyada təkrar koronavirusa yoluxmuş 89 yaşlı qadın dünyasını dəyişib
Hollandiyalı həkimlərinin açıqlamalarına görə, təkrar koronavirusa yoluxmuş 89 yaşlı qadın dünyasını dəyişib.
SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Oksford Universitetinin rəsmi internet səhifəsində yerləşdirilmiş məlumatda bildirilib.
Hollandiyalı alimlərin fikrincə, qan xəstəliyi və immun çatışmazlığından əziyyət çəkən qadın təxminən iki ay sonra ikinci dəfə koronavirusa yoluxub.
Bir neçə gün sonra vəziyyəti ağırlaşıb və xəstəxanaya yerləşdirilib. İki həftə sonra xəstə vəfat edib.
Hollandiyanın "BNO" nəşri bu hadisənin təkrar infeksiyaya yoluxanlar arasında ilk ölüm olduğunu yazıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB