Avropa İttifaqı kimyəvi silah istifadəsinə görə Rusiyaya tətbiq etdiyi sanksiyaların müddətini bir il uzadıb. SİA bu barədə RİA “Novosti”yə istinadən xəbər verir.
Bildirilib ki, kimyəvi silahların istifadəsi və yayılması ilə mübarizə sanksiyalarına sabiq agent Sergey və qızı Yuliya Skripalın zəhərlənməsi də əlavə olunub.
Sanksiya tədbirləri fiziki və hüquqi şəxslərin Avropa İttifaqına girişinin qadağan edilməsini və onların mülklərinin dondurulmasını nəzərdə tutur. Siyahıya 9 nəfər və 1 təşkilat - Suriyadakı Elmi Tədqiqatlar Mərkəzi daxildir.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB